Kiyev meri Vitali Kliçko Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı “Ukraynanın 2025-ci il dövlət büdcəsi haqqında” qanuna respublikanın paytaxtına ayrılan vəsaitin azaldılmasını nəzərdə tutan düzəlişləri tənqid edib...
Poliqon xəbər verir ki, bu barədə Kiyev Şəhər Şurasının rəsmi portalı məlumat yayıb.
"Bizi demək olar ki, qarət etdilər. Bunu başqa cür adlandırmaq olmaz", mer qeyd edib.
Ukrayna paytaxtının büdcəsindən 8 milyard qrivna çıxarılıb.
Kliçkonun sözlərinə görə, Zelenskinin imzaladığı düzəlişlər büdcə sisteminin müstəqilliyi və balansı prinsiplərinə, ölkə Konstitusiyasına və Ukraynanın paytaxtı haqqında qanuna ziddir, həmçinin yerli özünüidarəetmənin hüquqlarını pozur.
Kiyevin meri əlavə edib ki, o, respublika prezidentindən bu düzəlişləri tətbiq etməməyi xahiş edib, lakin onlar hələ də qüvvəyə minib.
Poliqon.info