Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev Polşada pilotsuz təyyarələrlə bağlı insidentdən sonra ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb...
Poliqon xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lipaevə bildirilib ki, Buxarest Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanını pozmasını pisləyir.
Sentyabrın 11-də Belçika Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini və Rusiya səfirini bu məsələ ilə bağlı izahat vermək üçün çağırıb.
Poliqon.info