RU

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 40,5 faizə endirib

Ankara, 12 sentyabr, AZƏRTAC

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsinin növbəti endirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Şurasının sentyabrın 11-də qəbul etdiyi qərarla əsasən, faiz dərəcəsi 43-dən 40,5 faizə endirilib.

Tənzimləyici Türkiyə hökumətinin Ortamüddətli İqtisadi Proqramının məqsədlərinə, o cümlədən inflyasiyanın templərinin daha da aşağı salınması və qiymət sabitliyinin təmin edilməsi kontekstində nail olunmasının vacibliyini qeyd edib.

Bu, artıq Türkiyə Mərkəzi Bankının əsas dərəcəsinin azaldılması barədə ikinci qərarıdır. Tənzimləyicinin iyul iclasından sonra faiz dərəcəsi 46 faizdən 43 faizə endirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
7
3
azertag.az

4Источники