RU

Belarusda “Qərb-2025” hərbi təlimləri başlayır

BAKI, 12 sentyabr. TELEQRAF

Rusiya və Belarusun "Qərb-2025" birgə hərbi təlimləri bu gün başlayır.

Teleqraf xəbər verir ki, təlimlərin proqramına şərti düşmənin hava hücumu vasitələrinin zərbələrinin dəf edilməsi, müdafiə xarakterli döyüşün aparılması, müdafiə bölgəsinə soxulmuş düşmənin məğlub edilməsi və dövlətin ərazi bütövlüyünün bərpası üçün şəraitin yaradılması daxildir.

Bundan əlavə, təlimlər zamanı qoşunların fəaliyyətlərinə aviasiya dəstəyi, həmçinin düşmənin qanunsuz silahlı birləşmələri və diversiya-kəşfiyyat qrupları ilə mübarizə üzrə əməliyyatlar həyata keçiriləcək.

Qeyd edək ki, Belarus və Rusiya Silahlı Qüvvələrinin birgə hərbi təlimləri sentyabrın 12-dən 16-dək davam etdiriləcək.

Избранный
24
teleqraf.com

1Источники