BAKI, 12 sentyabr. TELEQRAF
Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sentyabrın 12-də ABŞ lideri Donald Tramp və bu ölkənin digər rəsmiləri ilə görüşməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
Qəzetin məlumatına görə, Qətərin Baş naziri Nyu-Yorku və Vaşinqtonu ziyarət edəcək. Baş nazirin Trampdan savayı ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio və sülhməramlı missiyalar üzrə xüsusi elçi Stiven Uitkoff ilə görüşəcəyi gözlənilir. Onların İsrailin Dohaya zərbəsini, həmçinin Qəzza sektorunda hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqları müzakirə edəcəkləri planlaşdırılır.