RU

Polşa Ukrayna ilə dron əleyhinə sistemlərin hazırlanması üzrə əməkdaşlığa başlayacaq

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Polşa dron əleyhinə sistemlərin hazırlanması üzrə Ukrayna ilə dərhal əməkdaşlığa başlayacaq.

APA xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş naziri Donald Tusk məlumat verib.

"Biz həmçinin Ukrayna ilə anti-dron sistemləri kontekstində sıx əməkdaşlıq edəcəyik. Dünən telefonla danışdığım Volodimir Zelenskinin təklifini məmnuniyyətlə qəbul etdim. Mən artıq texniki detallar haqqında danışmışam. Bu gün xarici işlər naziri Radoslav Sikorski Kiyevə getdi. Çərşənbə axşamı baş nazirin müavini, milli müdafiə naziri Vladislav Kosiniak-Kamış ora gedəcək və hazırda bu mövzunu ən yaxşı bilənlər, mütəxəssislər, Ukraynadakı təcrübənin Polşaya köçürülməsini müzakirəe dirlər.", - Tusk deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
apa.az

2Источники