RU

Mövsümün trend rəngləri açıqlandı Fotolar

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Bu ilin payız fəsli üçün nəzərdə tutulan əsas moda rəngləri açıqlanıb.

“Qafqazinfo” “Vogue” dərgisinə istinadən xəbər verir ki, bu rənglər həm podiumlarda, həm də gündəlik tərzdə öz yerini tapır.

Bu payızın ən güclü rəngi şokolad çalarlarıdır. Qəhvə tonlu palto, çəkmə və trikotaj geyimlər əsas seçim olacaq.

Stilistlər hesab edir ki, bu rəng hər kəsin qarderobunda bazanı təşkil edə bilər.

Ənənəvi payız palitrasından kənara çıxan “powder pink” (red.-tozlu çəhrayı) rəngi həm zərif, həm də iddialı görünür. Moda mütəxəssisləri bu rəngi tünd qəhvə və boz geyimlərlə uyğunlaşdırmağı tövsiyə edir.

2025-ci ilin payızı enerji dolu vurğusunu qırmızı rənglə verir.

Nəşr qeyd edir ki, bu “bibər qırmızısı” aksesuar və detallar üçün ideal seçimdir. Xüsusən də çanta, şərf və ayaqqabıda bu rəng trend olacaq.

Buz mavisi və kobalt tonları payız kolleksiyalarında ön plana çıxır. Bu rənglər sadəcə klassik kostyumlarda yox, həm də idman üslublu geyimlərdə istifadə edilir.

Zeytun və yaşılın təbii tonları təbiətə bağlılığı xatırladır. Dizaynerlər bu rəngləri əsasən üst geyimlərdə və aksesuarlarda təqdim edirlər.

Mövsümün sürprizlərindən biri də zəngin bənövşəyi çalarlardır. Bu rəng, həm gündəlik, həm də axşam tərzində lüks ab-hava yaracaq.

Moda ekspertləri bildirirlər ki, seçilən palitra həm təbiətin payız rənglərini, həm də insanların mövsümə psixoloji uyğunlaşmasını əks etdirir. Neytral qəhvəyilər sakitlik gətirir, qırmızı və mavi isə emosional balansı qoruyur.

Beləliklə, payız 2025-ci ildə moda rənglərin dili ilə “danışacaq” desək, yanlımarıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
qafqazinfo.az

2Источники