RU

Kompüter qarşısında yemək yeməyin fəsadları - İspaniyalı həkimdən XƏBƏRDARLIQ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kompüter qarşısında yemək mədə-bağırsaq xəstəlikləri ilə nəticələnə bilər.
Oxu.Az-ın məlumatına görə, bu vərdişinin fəsadları barədə İspaniya neyroqastroenterologiya və motorika assosiasiyasının prezidenti, qastroenteroloq Xordi Serra Pueyo "La Razon" nəşrinə verdiyi müsahibəsində xəbərdarlıq edib.
Pueyo izah edib ki, belə vərdiş funksional dispepsiyaya gətirib çıxarır.
"Bu, qarının yuxarı hissəsində ağrı və ya yanma, erkən doyma, yeməkdən sonra şişkinlik hissi və köp kimi narahatlıq ilə xarakterizə olunur", - o bildirib.
Pueyonun sözlərinə görə, bundan əlavə, kompüter qarşısında yemək yemək səbəbindən bağırsaq baryeri zədələnir.
"Bağırsağın baryeri daha keçirici hala gəldikdə, normal olaraq ondan keçməməli olan maddələr, məsələn, qida qalıqları və ya toksinlər qan dövranına daxil ola bilər. Bununla da immunitet sistemini aktivləşdirərək, iltihaba səbəb olur", - həkim qeyd edib.
Избранный
44
5
oxu.az

6Источники