RU

Firuzə İskəndərova: “Saxta medal və ordenlər ictimai etimadı sarsıdır”

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəzi təşkilatların qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi ilə bağlı birgə bəyanatı ictimai müzakirələrə səbəb olub.

QHT.az xəbər verir ki, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova bəzi QHT-lərin qanunsuz olaraq saxta “orden” və “medal”lar təqdim etməsinə münasibət bildirib. QHT sədri bu fəaliyyətlərin qanunsuz olduğunu vurğulayaraq, ictimaiyyətin etimadını ciddi şəkildə sarsıtdığını qeyd edib:

“Çox təəssüf ki, hazırda bəzi QHT-lərin qanunsuz olaraq saxta orden və medal verdiyi hallara rast gəlirik. Jurnalist və QHT sədri olaraq bildirirəm ki, bu tip fəaliyyətlər qanunsuzdur və ictimai etimadı ciddi şəkildə sarsıdır. QHT-ləri bu işlərdən çəkinməyə çağırıram”.

Sədr həmçinin vətəndaşlara müraciət edərək diqqətli olmağa çağırıb:

“Vətəndaşlara tövsiyəm budur ki, sizə təqdim olunan hər hansı təltifi qəbul etməzdən əvvəl onun rəsmi olub-olmadığını araşdırın”.

Firuzə İskəndərova hesab edir ki, bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə daha sərt cəzaların tətbiqi zəruridir.

 

Pərvanə Fərhadqızı

Избранный
13
qht.az

1Источники