RU

“Beşiktaş” ingilis klubunun forvardını icarəyə götürdü

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Nottingem Forest"in hücumçusu Jota Silva karyerasını "Beşiktaş"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkəı hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 26 yaşlı futbolçu Türkiyə klubunda icarə əsasında çıxış edəcək. Müqavilə 3 milyon avro dəyərində olacaq. İstanbul klubu gələn yay 17 milyon avro ödəməklə hücumçunu birdəfəlik "rənglərinə bağlaya" bilər.

Qeyd edək ki, Silva keçən yay "Nottingem"ə keçib. 2024/25 mövsümündə bütün turnirlərdə 38 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Forvard bu mövsüm Premyer Liqanın bir oyununda çıxış edib. Silvanın ingilis klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
sport24.az

1Источники