RU

Polşadakı Rusiya dronları insidenti “səhv” ola bilər -Tramp

BŞ prezidenti Donald Tramp Polşanın hava məkanına Rusiya dronlarının daxil olmasının səhv ola biləcəyini bildirib.

“Bu, səhv ola bilər,” —  Tramp jurnalistlərin sualını cavablandırarkən bildirib. O, vəziyyətdən narazı olduğunu, lakin “bunun bitəcəyinə ümid etdiyini” deyib.

Sentyabrın 10-na keçən gecə Polşa 19 Rusiya zərbə dronunun Ukrayna və Belarus üzərindən hava məkanına daxil olduğunu açıqlayıb. Polşa və Niderland qırıcıları havaya qaldırılıb, lakin yalnız dördü vurulub. Sonradan Polşa ərazisində yeddi “Geran” tipli dronun və naməlum raketin qalıqları tapılıb.

Moskva Polşa ərazisinə zərbə endirmədiyini iddia edib, lakin dronların oraya necə düşdüyünü izah etməyib.

 Hadisədən sonra NATO Polşanın müraciəti ilə 4-cü maddəni işə salıb və bunu “hava məkanının misilsiz şəkildə pozulması” adlandırıb.

Ukrayna prezidenti Vladimir Zelenski bunu “işğal” kimi qiymətləndirib, lakin NATO insidenti birbaşa hücum hesab etmir.

N.Təbrizli

Избранный
7
anews.az

1Источники