ain.az bildirir, Apa.az portalına istinadən.
Rusiyanın Leninqrad vilayətinin üzərində 30-dan çox pilotsuz uçuş aparatı məhv edilib.
APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko “Telegram” kanalında məlumat verib.
"30-dan çox PUA Leninqrad vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri və ordumuz tərəfindən məhv edilib", - Drozdenko bildirib.
Qubernator onu da qeyd edib ki, PUA-ların qalıqları və qırıntılarının düşməsi Vsevolojsk, Tosno, Pokrovskoye və Uzmino kəndlərində, eləcə də Lomonosovski rayonunda yaşayış məntəqələrindən kənarda qeydə alınıb.
"Hər hansı itki yoxdur. PUA-ların hücumunun dəf edilməsi davam edir", - o əlavə edib.
Moskvanın meri Sergey Sobyanin isə HHM sistemlərinin Moskva istiqamətində uçan doqquz PUA-nı zərərsizləşdirdiyini yazıb.
"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki düşmən PUA-nı məhv edib. Fövqəladə hallar xidmətinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyir", - məlumatda deyilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.