RU

Aİ ilə vizasız rejimin dayandırılması mənfi nəticə verər -Gürcüstanın baş naziri

Gürcüstan  vətəndaşlarında  Avropa İttifaql ilə vizasız rejimin dayandırılması mənfi nəticə doğuracaq. Bunu  Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

“Əgər kimsə Gürcüstanda vizasız rejimin ləğvi ilə qarışıqlıq yaratmağı ümid edirsə, bu, əksinə, mənfi nəticə verəcək,” — o, “İmedi” telekanalına deyib.

İyulda Avropa Komissiyası Tiflisə məktub göndərərək, “xarici agentlər” və LGBT “təbliğatına” qadağa qanunlarını avqustun sonunadək ləğv etməyi tələb edib və əks halda vizasız gediş-gəlişin dayandırılacağı ilə hədələyib.

Gürcüstan hökuməti isə qanunlardan imtina etməyəcəyini, əvəzində dialoqa başlamağı təklif etdiyini açıqlayıb.

Kobaxidze sonradan bildirib ki, ölkə yalnız “əsaslandırılmış və məntiqli” olduğu halda Aİ tələblərini yerinə yetirməyə hazırdır.

N.Təbrizli

 

Избранный
26
anews.az

1Источники