Yaponiya hökuməti Rusiya neftinin bir barelinin qiymətinin tavanını 60 dollardan 47,6 dollara endirmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“2025-ci il sentyabrın 12-dən maksimum qiymət bir barel üçün 60 dollardan 47,6 dollar/barelə endiriləcək”, - məlumatda deyilir.
Yaponiya Xarici İşlər Nazirliyi qeyd edib ki, bu, Rusiyadan xam neft tədarükünə şamil ediləcək, razılaşmalar sentyabrın 12-də və ya ondan sonra əldə edilib.Eyni zamanda, sentyabrın 12-dək bağlanmış müqavilələr üzrə xammal idxalı əvvəlki maksimum qiymətlə həyata keçiriləcək.