RU

Lukaşenkonun əfv etdiyi müxalifətçi Belarusu tərk etmədi

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarusun tanınmış siyasi məhbuslarından biri, keçmiş prezidentliyə namizəd Mikalay Statkeviç azadlığa çıxandan sonra ölkəni tərk etməkdən imtina edib.

Modern.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xahişi ilə əfv edilən 52 nəfərlik siyahıda yer alan Statkeviç digər məhbuslarla birlikdə Litvaya getməyib.

Mühacirətdə yaşayan müxalifət nümayəndəsi Franak Veçorka bildirib ki, siyasətçi ölkəni tərk etməkdən “qəti şəkildə imtina edib” və bu səbəbdən onu məcburi şəkildə çıxarmağa çalışırlar: “Bu, həqiqətən bir dramdır. Mikalay Statkeviç sərhəddən geri dönüb və yenidən Belarus ərazisinə daxil olub”.

Litvanın LRT ictimai televiziyası sərhədçilərə istinadla məlumatı təsdiqləyib və Statkeviçin neytral zonanı tərk edərək ölkəsinə geri qayıtdığını bildirib.

Xatırladaq ki, ötən gün Aleksandr Lukaşenko 52 nəfəri azad edib. Litva Prezidenti Gitanas Nauseda həmin şəxslərin Litva sərhədini keçdiyini deyib və ABŞ-a, həmçinin Donald Trampa vasitəçilik üçün təşəkkür edib.

Azad olunanlar arasında həm belaruslu müxaliflər, həm də 14 xarici vətəndaş olub, 6 litvalı, 2 latviyalı, 2 polyak, 2 alman, eləcə də Fransa və Böyük Britaniya vətəndaşlarıdır. Azadlığa buraxılanlar arasında 2024-cü ildə casusluqda ittiham edilərək 6 il həbs cəzası almış “Belarus” sanatoriyasının marketinq şöbəsinin rəhbəri Yelena Romanovskene də var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
modern.az

2Источники