Yeni Zelandiya hökuməti Rusiya neftinə tətbiq olunan qiymət tavanını 60 dollardan 47.6 dollara endirmək barədə qərar qəbul edib, bu haqda ölkənin XİN saytında məlumat verilir. Həmçinin anti-Rusiya sanksiyaları siyahısı genişləndirilib — siyahıya daha 19 fiziki və hüquqi şəxs, eləcə də 19 tanker daxil edilib.
Bəyanatda bu qərar düşünülmüş addım adlandırılır və onun Rusiyanın neft satışından əldə etdiyi həyati əhəmiyyətli gəlirləri azaltmağa yönəldiyi bildirilir.
Sanksiyalara məruz qalan subyektlərə qarşı tədbirlər onların kimyəvi silahın yayılmasına və dezinformasiyaya aidiyyəti olması ilə əsaslandırılıb. Sanksiyalara düşən gəmilərin isə Rusiyanın “kölgə donanmasına” aid olduğu qeyd edilib.