RU

Premyer Liqa: “Kəpəz” “Araz”a, “Qarabağ” “Zirə”yə qarşı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turuna bu gün start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış oyununda çempionatın aşkar autsayderinə çevrilmiş “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Əyalət təmsilçilərinin oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. Oyunun baş hakimi Rauf Cabbarov olacaq. Gəncə təmsilçisi yeni mövsümdə ilk xal və ya xallarını qazanmağa çalışacaq.

Günün digər oyunu son çempion “Qarabağ”la yeni mövsümdə bu komandanın əsas rəqiblərindən biri olması gözlənilən “Zirə” arasında keçiriləcək. Rəşad Əhmədovun idarə edəcəyi oyun “Azərsun Arena”da baş tutacaq.

Premyer Liqa
4-cü tur

12 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 17:45.

“Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 20:00.

13 sentyabr

“İmişli” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “Azərsun Arena”, 19:00.

14 sentyabr

“Şamaxı” – “Karvan”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu, 16:30.

“Neftçi” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Neftçi Arena”, 19:00.

error: Məzmun qorunur!
Избранный
33
5
arena.az

10Источники