RU

Armani gizli şəkildə iki vəsiyyətnamə yazıbmış

Modelyer Corcio Armani özündən sonra iki vəsiyyətnamə qoyub.
 
Moderator.az xəbər verir ki, bu barədə Milan Notariat Arxivi məlumat yayıb.
 
Bildirilir ki, modelyer bu il tərtib etdiyi vəsiyyətnamələri gizli şəkildə saxlayıb. Onlar sentyabrın 9-da notarius tərəfindən açılıb, lakin məzmunu açıqlanmayıb. Armani vəsiyyətnamələri şəxsən yazaraq möhürləyib.
 
Xatırladaq ki, məşhur modelyer sentyabrın 4-də 91 yaşında dünyasını dəyişib. Onun birbaşa varisi yoxdur. Armaninin sərvətinin 11-13 milyard avro arasında olduğu bildirilir.
 
Избранный
13
2
moderator.az

3Источники