Azərbaycanda havadan su əldə ediləcəyi ilə bağlı xəbər ictimaiyyətdə maraqla qarşılanıb. Bunun faydalı olacağını düşünənlərlə yanaşı, müəyyən ekoloji problemlərə yol açacağını deyənlər də var.
Qeyd edək ki, 2025-2027-ci illərdə ölkədə havadan suyun əldə edilməsi texnologiyası üzrə tədqiqat və layihə işləri həyata keçiriləcək. 2026-cı ildə pilot layihə üçün ərazilər seçiləcək, 2027-ci ildə isə texnologiyanın tətbiqi üzrə ilk sınaq layihəsi icra olunacaq.
Yeni texnologiyanın tətbiqi ölkədə su ehtiyatlarının qorunmasına necə təsir göstərə bilər? Hansı risklər var?
Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimlinin sözlərinə görə, havadan su alma texnologiyası bahalıdır və hazırda ölkəmizdə buna ehtiyac yoxdur:
“Əgər mövcud su ehtiyatlarımızdan düzgün istifadə etsək, uzun müddət əlavə mənbəyə ehtiyac yaranmayacaq. Bu sahədə əsas problem qənaətin olmamasıdır. Bir zamanlar Xəzərin suyunun şirinləşdirilməsi layihəsi də müzakirə olunmuşdu. Belə nəhəng və səmərəsiz təşəbbüslər əvəzinə, mövcud imkanlardan istifadə etmək lazımdır. Havadan su alma texnologiyası yalnız Abşeron, Lənkəran və Masallı kimi rütubətli bölgələrdə qismən tətbiq oluna bilər.
Təəssüf ki, biz yağış sularını toplamaq üçün barajlar tikmirik, yaxud qrunt sularını təmizləyib istifadə etmək əvəzinə, dənizə axıdırıq. Fikrimcə, mənzillərdə sensorlu kranların tətbiqi, köhnə boru xətlərinin yenilənməsi və su itkisinin qarşısının alınması daha məqsədəuyğundur”.
Ekoloq qeyd edib ki, havadan su alma layihələrinin ekoloji riskləri aydın deyil:
“Məsələn, bu texnologiya Lənkəran və Lerikdə tətbiq edilərsə, rütubətə uyğunlaşmış ekosistemlərin qurumasına səbəb ola bilər. Həmçinin, burada atmosferdəki toksin və zəhərlərin necə təmizlənəcəyi barədə dəqiq məlumat yoxdur. Düşünürəm ki, havadan su almaq hazırda həm iqtisadi, həm də ekoloji baxımdan əsaslandırılmamış və qeyri-rasional qərardır”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта