RU

Aparıcı işdən çıxarılmasına münasibət bildirdi – YENİLƏNİB

Məsələni dəqiqləşdirmək üçün Səidə Bəkirqızı ilə əlaqə saxlanılıb.

Jurnalist qeyd etdi ki, yazılanlar yalandır. Onu heç kəs işdən azad etməyib, TV-dən öz ərizəsi ilə ayrılıb:

"Avqustun 4-də məzuniyyətdən qayıtdıqdan sonra ərizə yazaraq sentyabrın 1-dən kanaldan ayrıldım. Daha yaxşı təklif aldığım üçün bu addımı atdım. Rəhbərlik getməyimi istəmirdi, lakin biz jurnalistlər harada yaxşı maaş təklifi varsa, ora üz tuturuq", - deyə S.Bəkirqızı bildirib.

Jurnalist həmçinin vurğulayıb ki, onun işdən ayrılması ilə bağlı "məcburi köçkünlərlə əlaqəli məsələ" əsassız olaraq şişirdilib:

"Sadəcə üst-üstə düşdü. Məlumat üçün qeyd edim ki, sentyabrın 8-dən etibarən hər gün səhər saat 8-də Space TV-də yayımlanan "Xəbərin izində" proqramını aparıram".

---------

Məcburi köçkünləri təhqir edən jurnalist cəzalandırlıb.

News365.az-ın məlumatına görə, jurnalist Səidə Bəkirqızı Mediatürk TV-nin baş redaktoru vəzifəsindən azad edilib. 

Jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi təhqiramiz ifadələri onun işini itirməsinə səbəb olub. 

Qeyd edək ki, Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı çıxışları ictimaiyyətdə birmənalı qarşılanmayıb və ciddi tənqid edilib. 

Избранный
41
1
news365.az

7Источники