Müəllif:Mehin Qasımova,Banco.az
Albaniyada dövlət satınalmalarına cavabdeh olan “Süni İntellekt naziri” funksiyasını süni intellektə əsaslanan model icra edəcək.
Banco.az xəbər verir ki, “Politico” nəşri xəbər verir ki, model Diella adlanır. Baş nazir Edi Rama bildirib ki, "Diella" hökumətin fiziki olaraq mövcud olmayan, lakin virtual şəkildə süni intellekt tərəfindən yaradılan ilk üzvüdür.
Onun sözlərinə görə, dövlət tenderləri ilə bağlı qərarlar korrupsiya risklərini minimuma endirmək üçün süni intellekt modelinə həvalə ediləcək. Diella artıq dövlət xidmətlərinin əksəriyyətinə çıxış imkanı yaradan e-Albaniya rəqəmsal platformasında tətbiq olunub.
Qeyd edək ki, Albaniya hökuməti bundan əvvəl də müxtəlif sahələrdə süni intellektdən istifadə edib. Texnologiya qeyri-qanuni şəhərsalma hallarının monitorinqində və kənd yerlərində narkotik istehsalının aşkarlanması prosesində tətbiq olunub.