RU

"Heç bir İtaliya əsgəri Ukraynada vurulmayacaq" - italiyalı nazir


İtaliya hökumətindən sərt Ukrayna açıqlaması gəlib. İtaliyanın nəqliyyat və infrastruktur naziri, baş nazirin müavini Matteo Salvini bildirib ki, Liqa Partiyasının da daxil olduğu hökumət Ukraynaya bir dənə də olsun İtaliya əsgərinin göndərilməsinə icazə verməyəcək. SİTAT: "Müharibədən danışarkən diqqətli olmalıyıq. Aydın məsələdir ki, biz münaqişələrə son qoymağa çalışmalıyıq. Bu hökumət ilk növbədə, heç vaxt bir italyan əsgərinin Ukraynada döyüşməsinə icazə verməyəcək", - o qeyd edib.

Mətləb

Избранный
13
1
baki-xeber.com

3Источники