RU

Portuqaliya millisinin hücumçusu “Beşiktaş”a keçir

BAKI, 12 sentyabr. TELEQRAF

İngiltərənin “Nottingem Forest" klubunun futbolçusu Jota Silva karyerasını Türkiyə təmsilçisi "Beşiktaş"da davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı hücumçu İstanbul komandasına icarə əsasında keçəcək.

“Qara qartallar” Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Jota Silva 2024-cü ilin yayından "Nottingem Forest”in futbolçusudur. O, ötən mövsüm ərzində 38 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Silvanın Premyer Liqa klubu ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Избранный
15
teleqraf.com

1Источники