Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə News24.az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.