RU

Senatorun erməni arvadı həbs edildi

Bakupost saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin Nyu Cersi ştatının keçmiş senatoru Bob Menendesin erməni həyat yoldaşı Nadin Menendes korrupsiyaya görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilir ki, məhkəmə onu nağd pul, qızıl külçələr və dəbdəbəli avtomobil götürməkdə təqsirli bilib.

Üstəlik, prokurorluq ona ən azı 7 il, Probasiya İdarəsi (şərti azadlığa buraxılmış şəxslərə nəzarət edən qurum - red.) isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.

“2022-ci ildə FTB cütlüyün Nyu-Cersidəki evinə basqın zamanı müstəntiqlər qarajda 480 min dollar nağd pul, təxminən 150 min dollar, qızıl külçələr tapıb”, - AP yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
www.bakupost.az

2Источники