RU

İcra başçısı Məmməd Məmmədov 2 milyon manata bağ alıb?

Tovuz icra hakimiyyəti başçısı Aşağı Quşçu yolunun üstündə böyük bağ sahələrini 2 milyon manata aldığı deyilir.

Azərbaycanda vəzifədə olan məmuların mal-mülk, şirkətlər əldə etməsi artıq adi hala çevrilib. Qanunla vəzifə başında olan məmurun biznes fəaliyyəti qadağan olunmasına baxmayaraq, bu qanun hələdə kağız üzərində qalmaqdadır.

Xalq-ın əldə etdiyi məlumata görə Tovuz rayon icra başçısı Məmməd Məmmədov rayonda 130 hektar bağ sahəsini alıb. Rusiyada yaşayan məşhur tovuzlunun qohumuna məxsus 130 hektar torpaq sahəsi üçün icra başçısının 2 milyon manat pul ödədiyi iddia edilir. 130 hektarlıq münbit ərazinin böyük bir hissəsinin bağ sahələri olduğu bildirilir. Məlumata görə torpaq sahəsi icra başçısının ailə üzvülərindən birinin adına sənədləşdirilib.(Xalq.online)

Избранный
7
4
hurriyyet.az

5Источники