TBİLİSİ, 12 sentyabr. TELEQRAF
Gürcüstanın ABŞ-dəki səfiri Tamar Taliaşvili ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü, senator Stiv Daynsla görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə diplomat “X” hesabında bildirib.
“Əsl vətənpərvər ABŞ senatoru Stiv Daynsla görüşmək mənim üçün çox xoş idi. Biz ABŞ-Gürcüstan münasibətlərində yeni fəslin açılmasını, mövcud əlaqələrin gücləndirilməsini, eləcə də bölgəmizdə sülhün və rifahın vacibliyini müzakirə etdik”, - diplomat yazıb.
Qeyd edək ki, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Gürcüstan hakimiyyəti strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpasına hazırlığını dəfələrlə ifadə edib.