RU

“YouTube” çoxdilli audio funksiyasını istifadəyə verdi

Uğurlu iki illik pilot proqramdan sonra "YouTube" bütün istifadəçilərə videolarını bir neçə dildə dublyaj etmək imkanı təqdim edən çoxdilli audio funksiyasını istifadəyə verdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu yenilik sayəsində yaradıcılar videolarını müxtəlif dillərə uyğunlaşdıra biləcək və beləliklə, öz auditoriyalarını əhəmiyyətli dərəcədə genişləndirəcəklər.

Xatırladaq ki, çoxdilli audio ilk dəfə 2023-cü ildə "MrBeast" kimi məşhur kontent istehsalçılarının iştirakı ilə sınaqdan keçirilmişdi. Proses çərçivəsində "YouTube" həmçinin "Google"un Gemini texnologiyasına əsaslanan süni intellekt aləti hazırlayıb. Bu sistem istifadəçilərin səsini və emosiyalarını təqlid edərək avtomatik dublyaj yaradır.

Yeni funksiyanın tətbiqi videoların baxış saylarının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur.

Kənan
Milli.Az

Избранный
25
1
milli.az

2Источники