RU

“Qarabağ”ın rəqibi yeni transferini təqdim etdi

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Benfika” yeni transferini təqdim edib.

Msport.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Federiko Koletta ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

İtaliyanın U-19 millisinin üzvü olan futbolçu “Roma”dan transfer edilib və əsasən “Benfika”nın B komandasında forma geyinəcək. O, 2024/2025 mövsümündə “Roma”nın U-20 komandasının heyətində meydana çıxdığı 38 oyunda 14 qol vurub. İki dəfə (2022/2023 və 2023/2024) gənclər arasında İtaliya çempionatının qalibi olub.

Qeyd edək ki, Koletta 17 yaşadək futbolçular arasında Avropa çempionu tituluna da malikdir. O, 2024-cü ildə keçirilən turnirin finalında, İtaliyanın Portuqaliya üzərində 3:0 hesablı qələbə qazandığı görüşdə 1 qol vurub.

Избранный
12
3
msport.az

4Источники