Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Naxçıvan, 12 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində su xəttində qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza şəhərin Babək, Əlincə, Əliqulu Qəmküsar məhəllələri, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb. Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar bu gün saat 10:00-dan bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.