RU

İsrail: “Atəşkəsə hazırıq”

AzVision.az xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Dani Danon belə deyib.

“İsrail ABŞ prezidenti Donald Trampın atəşkəs təklifinə razılaşıb. Biz döyüşləri dayandırmağa hazırıq, lakin HƏMAS bundan imtina edir”,- Dani Danon İsrailin Dohaya zərbə endirməsi ilə bağlı çaırılmış BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağının sakinlərini HƏMAS-ın hakimiyyətini rədd etməyə və prezident Trampın sülh təklifini dəstəkləməyə çağırıb.

Vaşinqton İsrailin Qətərə zərbəsindən narazıdır
Sentyabrın 7-də ABŞ prezidenti Fələstinin HƏMAS hərəkatına münaqişənin nizamlanması şərtlərini qəbul etmələri tələbini qoynan ultimatum verdiyini açıqlayaraq, bunun “son xəbərdarlıq” olduğunu vurğulayıb.

- Tramp atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra 48 saat ərzində bütün girovların azad edilməsi və əsirlikdə həlak olanların cəsədlərinin İsrailə qaytarılması tələbini irəli sürüb”,- Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı bildirib.

Amerika liderinin təklifi həmçinin 60 gün davam edəcək və uzadıla biləcək barışıqdan sonra yekun nizamlanma üzrə danışıqların dərhal başlayacağına dair “şəxsi zəmanətləri” də nəzərdə tutur.

Lakin ABŞ preizdenti Donald Trampın bəyanatından iki gün sonra Dohada silsilə partlayışlar baş verib. Qısa müddət sonra İsrail ordusunun mətbuat xidməti hərbçilərin Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) dəstəyi və Hərbi Hava qüvvələrinin iştirakı ilə HƏMAS rəhbərliyinin üzvlərinə zərbələr endirildiyini bildirib.

Ağ Ev rəhbəri İsrailin bu qərarından xəbərsiz olduğunu açıqlayıb. Bununla belə, Qətərin paytaxtı Doha şəhərinə endirdiyi zərbələri şərh edən “The New York Times (NYT)” nəşri məhzDonald Trampın strategiyasınınİsrailin baş naziri Binyamin Netanyahunu belə addımlara sövq etdiyini yazıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
6
1
azvision.az

2Источники