RU

Böyük Britaniyanın yeni xarici işlər naziri İvet Kupер Kiyevə səfər edəcək

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Böyük Britaniyanın yeni xarici işlər naziri İvet Kuper rəsmi səfərlə Ukraynanın paytaxtı Kiyevə gedəcək. Bu, onun XİN rəhbəri kimi ilk xarici səfəri olacaq. Hökumətin saytında verilən məlumata görə, səfər sentyabrın 12-də baş tutacaq.

“Xarici işlər naziri vəzifəmdə ilk günlərimdə Ukraynaya səfər etməyi qərara aldım, çünki Ukraynanın təhlükəsizliyi Böyük Britaniyanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”, – Kuperin sözləri hökumətin açıqlamasında sitat gətirilib.

Nazir səfər çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski, xarici işlər naziri Andrey Sibiqa və baş nazir Yuliya Sviridenko ilə görüşəcək.

Kuper, həmçinin bildirib ki, Böyük Britaniya Ukraynaya 142 milyon funt sterlinq (192,5 milyon dollar) maliyyə yardımı göstərəcək. Bunun 100 milyon funtu humanitar dəstəyə, 42 milyon funtu isə elektrik şəbəkələrinin bərpasına, qaz və enerji infrastrukturunun qış mövsümünə hazırlanmasına yönəldiləcək.

Xatırladaq ki, İvet Kuper 5 sentyabrda Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə təyin olunub. O, bundan əvvəl daxili işlər naziri postunu tutub. Onun miqrasiya siyasətindəki uğursuzluqları səbəbindən tez-tez tənqid olunması bu vəzifə dəyişikliyini müşahidəçilər tərəfindən daxili siyasətdə mövqelərin yenidən qurulması kimi qiymətləndirilib.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
xalqqazeti.az

3Источники