RU

"Kəpəz" "Araz-Naxçıvan"la, "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək

Misli Premyer Liqasında IV tura bu gün iki oyunla start veriləcək. Metbuat.az xəbər verir ki, ilk olaraq "Araz-Naxçıvan" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma saat 17:45-də start götürəcək. Hesabında 7 xal olan Naxçıvan klubu üçüncü pillədə qərarlaşıb. Üç qarşılaşmanın hamısında uduzan "Kəpəz" sonuncu - 12-ci sıradadır.Günün ikinci matçında "Qarabağ" "Zirə"ni qəbul edəcək. Bu görüş saat 20:00-da başlayacaq. Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" 3 xalla yeddinci, "Zirə" isə 7 xalla birinci yerdədir.Azərbaycan Premyer LiqasıI dövrə, IV tur12 sentyabr17:45. "Kəpəz" – "Araz-Naxçıvan"Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.VAR: Əliyar Ağayev.AVAR: Zeynal Zeynalov.Hakim-inspektor: Munis Abdullayev.AFFA nümayəndəsi: Mübariz Hüseynov.Qəbələ şəhər stadionu20:00. "Qarabağ" – "Zirə"Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.VAR: Nicat İsmayıllı.AVAR: Əli Əliyev.Hakim-inspektor: Ramil Diniyev.AFFA nümayəndəsi: Məmmədəli Məmmədov."Azərsun Arena"

Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.

Избранный
39
11
metbuat.az

10Источники