RU

Azərbayca şirkəti ilk 6 ayı 10 milyon manata yaxın xalis mənfəət ilə başa vurub

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Global Energy Solutions" MMC (Glensol) 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) dövrünü 9 milyon 569 min manat xalis mənfəət ilə başa vurub. 

Marja xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Glensol-ın cəmi əməliyyt gəlirləri 101 milyon 160 min manat, cəmi əməliyyat xərcləri 88 milyon 346, əməliyyat mənfəəti 12 milyon 814 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 3 milyon 245 min manat mənfəət vergisi ödəyib. 

Qeyd edək ki, "Global Energy Solutions" neft-qaz, enerji və su sektorlarında geniş xidmət spektri təqdim edən aparıcı şirkətdir.

30 İyun 2025-ci il tarixində "Global Energy Solutions" 234 milyon 206 min manat cəmi aktivlərə malik olub.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında Glensol-ın cəmi əməliyyat gəlirləri 58 milyon 212 min manat, xalis mənfəəti 3 milyon 790 min manat, cəmi aktivləri 200 milyon 316 min manat təşkil etmişdi. Beləliklə, 2024-cü ilin 1-ci yarısı ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında Glensol-ın gəlirləri 1,7 dəfə, xalis mənfəəti 2,5 dəfə, cəmi aktivləri isə 17% artıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
marja.az

2Источники