Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci ildə orta illik inflyasiyanın 5,5 %, 2026-cı ildə 5,3 %, 2027-ci ildə isə 8,9 % səviyyəsində olacağını proqnozlaşdırır.
ING-yə görə, əvvəlki proqnozlarla müqayisədə cari il üçün gözləntilər 0,1 faiz bəndi artıb, növbəti iki il üçün isə dəyişməz qalıb.
Bank analitikləri 2025-ci ilin III rübündə inflyasiyanın 4,9 % (+0,1 faiz bəndi), IV rübündə isə 5,2 % (+0,1 faiz bəndi) təşkil edəcəyini gözləyirlər.
2026-cı ilin I rübündə ING orta illik inflyasiyanın 5 %, II rübdə 5,3 %, III rübdə 5,3 %, IV rübdə isə 5,7 % səviyyəsində olacağını gözləyir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə isə 4,3 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin iyul ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,7 %, gələn ildə isə 5,3 % təşkil edəcək.
© "Report"