RU

Palçıq vulkanları və mikrozəlzələlər torpaq sürüşməsinə səbəb ola bilər

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Palçıq vulkanlarının püskürməsi təkcə palçıq və qaz axını ilə məhdudlaşmır, bəzi hallarda bu proseslər torpaq sürüşməsini də şərtləndirə bilir. Mütəxəssislərin sözlərinə görə, belə hadisələr xüsusən yağıntılı havalarda daha çox müşahidə olunur.

Məsələ ilə bağlı BAKU.WS-ə danışan geoloq Əvəz Məmmədov bildirib ki, sürüşmələr torpaq qatlarında yaranan titrəyişlər nəticəsində baş verir: "Vulkan püskürməsi zamanı sürüşmələr baş verə bilər. Ümumiyyətlə, sürüşmələr müəyyən titrəyişlər zamanı yaranır. Xüsusən də yağışlardan sonra torpaq nəm çəkir və sürüşmə müstəvisi formalaşır. Belə şəraitdə istər palçıq vulkanının püskürməsi, istərsə də mikrozəlzələlər torpaq sürüşməsinə gətirib çıxara bilər".

Geoloqun sözlərinə görə, bu cür proseslər vulkan ətrafında yerləşən yaşayış məntəqələri və infrastruktur üçün risk yaradır. Odur ki, ərazilərdə mütəmadi monitorinq aparılması, torpaq laylarının hərəkəti və vulkan aktivliyinin izlənməsi böyük əhəmiyyət kəsb edir.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
baku.ws

2Источники