Onun sözlərinə görə, Leninqrad vilayəti üzərində 30-dan çox pilotsuz təyyarə vurulub. Vurulan PUA-ların qalıqları Vsevolojsk və Tosno şəhərlərində, habelə iki kənddə dağıntılara səbəb olub.
“Primorskda pilotsuz təyyarələrin reydi zamanı gəmidən əlavə bir nasos stansiyasında da yanğın baş versə də, o operativ şəkildə söndürülüb. Tələfat yoxdur”, - vilayət rəhbəri öz Telegram-kanalında yazıb.
Hava hücumu səbəbindən Sankt-Peterburqdakı Pulkovo aeroportu fəaliyyətini müvəqqəti dayandırmışdı. 50-dən çox təyyarə reysi ləngidilib və ya təxirə salınıb.
— Newsfeed (@Newsfeed883920) September 11, 2025
Qeyd edək ki, Primorsk şəhəri neft kəməri sisteminin sonunda yerləşən Finlandiya körfəzində Rusiyanın əsas neft yükləmə limanıdır. Vsevolojsk Sankt-Peterburq yaxınlığında, Primorskdan 120 km məsafədə yerləşən sənaye şəhəri, Tosno Primorskdan 155 km, Vsevolojskdan 50 km məsafədə yerləşən dəmir yolu qovşağıdır.
Rusiya paytaxtının meri, Sergey Sobyanin, öz növbəsində, bu gecə Moskvaya yaxınlaşan Ukraynanın 9 pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, dağıntılar yerində təcili xidmətlər işləyir. Hər hansı dağıntı və tələfat barədə məlumat verilməyib.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib ki, PUA-ların hücumu ilə əlaqədar Kaluqa hava limanında uçuşların gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Sentyabrın 12-nə keçən gecə İvanovo, Pskov və Yaroslavl hava limanlarında da uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub.
Smolensk, Ryazan və Tula vilayətlərində də gecə saatlarında pilotsuz təyyarələrin hücumu təhlükəsi yaranıb.
— Newsfeed (@Newsfeed883920) September 11, 2025
Bəzi Rusiya Telegram-kanalları və Ukraynanın “OSINT” layihəsi Smolenskdən 20 km aralıda yerləşən Kardımovo qəsəbəsində “Lukoyl” şirtkətinə məxsus yerli neft anbarına hücum barədə məlumat yayıblar. Lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Rusiya Müdafiə nazirliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə (HHM) sistemləri sentyabrın 12-nə keçən gecə ərzində 221 PUA məhv ediblər. Onlardan ən çoxu – 85-i Bryansk vilayəti üzərində vurulub. Ümumilikdə isə, bu gecə Rusiyanın 20-dən çox vilayəti Ukraynanın hava hücumuna məruz qalıb.
— Newsfeed (@Newsfeed883920) September 11, 2025
Sahil İsgəndərov
AzVision.az