RU

Orta dəhlizin inkişafı suveren reytinqlərin möhkəmlənməsinə töhfə verir - Moody's

Bakı. Trend:

Orta Dəhlizin artan əhəmiyyəti bir sıra ölkələrin kreditgöstəricilərinin yaxşılaşmasına töhfə verir.

Bu barədə Trend“Moody’s”ə istinadən xəbər verir.

Reytinq agentliyinin hesabatında qeyd olunur ki, dəhlizin üçəsas iqtisadiyyatı – Azərbaycan, Qazaxıstan və Gürcüstanın iqtisadiperspektivləri möhkəmlənib və bu nəqliyyat-logistika sektorununstimullaşdırdığı real ÜDM-in artımının sürətlənməsində özünügöstərir.

“İnfrastruktur sahəsinə qoyulan sərmayələrin artması dabütövlükdə iqtisadiyyata müsbət təsir göstərərək tikintiaktivliyini və məşğulluğu stimullaşdırır. Emal sənayesində həmlokomotiv istehsalına, həm də daha yüksək texnologiyalı sahələrə –avtomobil istehsalı, əczaçılıq və daxili bazar və ixrac yönümlüqida sənayesinə xarici investisiyaların cəlb olunduğu müşahidəolunur. Dəhlizin ekoloji baxımdan daha dayanıqlı olması üçün dəmiryollarının elektrikləşdirilməsi və bərpa olunan enerji mənbələrinininteqrasiyası istiqamətində görülən işlər regionun günəş potensialıvə Xəzər dənizinin külək potensialı nəzərə alınmaqla “yaşıl”energetikaya sərmayələri stimullaşdırıb”,- reytinq agentliyinin sonhesabatında qeyd olunur.

Moody’s ekspertlərinin fikrincə, bu cür sərmayələriqtisadiyyatın şaxələndirilməsinə töhfə verir, ələlxüsus daiqtisadiyyatı böyük dərəcədə karbohidrogenlərdən asılı olanAzərbaycanda və müəyyən qədər də Qazaxıstanda. Bu isə həminölkələrin neft qiymətlərindəki dəyişkənliklərə qarşı dayanıqlığınıartırır: “Son illərdə qeyri-neft sektorunda real ÜDM-in artımısabit qalaraq neft-qaz sənayesində hasilatın azalmasınıkompensasiya edir”.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Избранный
68
1
az.trend.az

2Источники