Bu ilin 8 ayında Azərbaycanda ölü doğulanların sayı 330 nəfər olub.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən ilin ilk 8 ayında isə 367 ölü doğulmuş uşağın doğumu rəsmiləşdirilib.