RU

Gücüstanda müxalifət lideri saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının liderləri Levan Xabeişvilini saxlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə DTX-nin yaydığı məlumatda deyilir.

DTX bəyan edib ki, Xabeişvili “məmurlara rüşvət kimi açıq şəkildə pul mükafatı vəd etmək ittihamı ilə” saxlanılıb. Xüsusi xidmət iddia edir ki, Xabeişvili əmrləri yerinə yetirməkdən imtina edən və ya ona rəsmi fəaliyyətləri ilə bağlı məlumat verən təhlükəsizlik işçilərinə 200 min dollar ödəməyi təklif edib.

Partiya lideri həbs olunan zaman bildirib: "Mən bunu gözləyirdim. Məni ona görə saxlayırlar ki, bir nəfər Xabeişvili İvanişvilini məğlub edə bilər”

Gürcüstan qanunvericiliyionə görə, onu 4 ildən 7 ilə qədər həbs gözləyir.

Избранный
61
herbiand.az

1Источники