RU

Televiziya verilişlərində qadınların aşağılanması: Müdaxilə vaxtı çatıb...

Son illər televiziya kanallarında yayımlanan verilişlərdə bir sıra ciddi problemlər müşahidə olunur. Bunlardan biri efirə çıxan ekspertlərin qadınlara qarşı seksist və aşağılayıcı ifadələr işlətməsidir...

Müəllif: İlkin Məmmədkərimov

Təəssüf ki, bu hallar artıq sistemli bir problemə çevrilib və demək olar ki, bütün kanallarda təkrar-təkrar görünməkdədir.

Əslində, efirdə belə ifadələrin səslənməsi təkcə qadınların hüquqlarının pozulması deyil, həm də cəmiyyətə mənfi təsir göstərən təhlükəli tendensiyadır. Çünki qadınların təhqir edilməsi, onların cəmiyyətdə ikinci dərəcəli göstərilməsi qadınlara qarşı zorakılığın və cinayətlərin artmasına birbaşa zəmin yaradır.

Digər tərəfdən, televiziya verilişlərində ekspertlərin seçimi də obyektiv deyil. Bəzən eyni səviyyəli ekspertlər dəvət olunmur. Bir tərəfdə peşəkar jurnalist, digər tərəfdə isə sadəcə blogger çıxış edir. Bu, müzakirələrin balansını pozur və tamaşaçılara manipulyativ təsir göstərir.

Belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. İlk növbədə, qadınlara qarşı seksist ifadələr işlədən şəxslərin efirə çıxışına məhdudiyyət qoyulmalı, onların qadınlarla bağlı mövzularda danışması qadağan edilməlidir.

Audiovizual Şura isə yalnız xəbərdarlıqla kifayətlənməməlidir. Kanallara qarşı real sanksiyalar tətbiq edilməlidir: yüksək məbləğdə cərimələr, hətta lazım gələrsə, kanalın yayımının bir neçə saatlıq və ya bir neçə günlük dayandırılması. Yalnız bu halda televiziyalar məsuliyyət hiss edəcək və efir mədəniyyətinə daha ciddi yanaşacaqlar.

Cəmiyyətimiz qadınlara hörmət və bərabərlik üzərində inkişaf etməlidir. Televiziya isə bu prosesin güzgüsüdür. Əgər efirdə qadınlar aşağılanırsa, bu, birbaşa küçələrdə, ailələrdə və ictimai münasibətlərdə öz əksini tapacaq. Ona görə də bu problemin həlli təkcə etik məsələ deyil, həm də ictimai təhlükəsizlik məsələsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, efirdə belə çıxışlara yol verən “ekspertlər” qadınların cəmiyyətdə aşağılanmasına, onlara qarşı zorakılıqların artmasına birbaşa təsir göstərir və bu prosesdə böyük rol oynayır.

Poliqon.info

Избранный
15
2
poliqon.info

3Источники