RU

Arvadına işgəncə verən şəxs məhkəmə zalında həbs edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Masallı Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Samir Həsənovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Zeynal Zeynalovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalında həbsə alınıb.
İttiham aktına görə, Samir Həsənov rəsmi nikahda olduğu arvadı, zərərçəkmiş Zəranə Həsənova (adı və soyadı şərtidir) ilə ailə qurduqları gündən (2007) etibarən mütəmadi olaraq onu fiziki zorakılığa məruz qoyub, müxtəlif vaxtlarda döyərək həm güclü fiziki ağrı, həm də psixoloji iztirablar yaşadıb.
Belə ki, o, 2020-ci ildə Masallı rayonunda birgə yaşadıqları mənzildə arvadının adına olan daşınmaz əmlakları öz adına keçirməməsini bəhanə edərək, azyaşlı övladlarının gözləri qarşısında yumruq zərbələri ilə baş və alın nahiyəsinə dəfələrlə vurub. Bu hərəkətlər nəticəsində qadın alın nahiyəsinin əzilmiş yarası xəsarəti alıb, bu isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.
Daha sonra - 2021-ci ildə evlərində yenidən mübahisə zamanı təqsirləndirilən şəxs şüşə qabı həyat yoldaşı Zəranənin üzərinə ataraq, onun sağ əlində I barmağının əsas falanqa nahiyəsində kəsilmiş yara yetirib. Bu da yenə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti sayılıb.
Bundan başqa, müxtəlif vaxtlarda və yerlərdə Samir həyat yoldaşını ailə üzvlərinin, uşaqlarının və digər insanların gözü qarşısında mütəmadi olaraq təhqir edib, söyüş söyüb, barmaqlarını geri qatlayaraq sıxıb, saçlarını dartaraq yolub, bədəninə yumruq və təpik zərbələri endirib, ayaqlarını tapdalayıb, ümumilikdə ona həm fiziki zorakılıq göstərib, həm də psixoloji iztirab verib.
Sonuncu dəfə isə 2024-cü ildə mənzildə arvadının xərclədiyi pulları bəhanə edərək azyaşlı övladının gözü qarşısında onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib, itələyərək yerə yıxıb. Bu hərəkətlər nəticəsində zərərçəkmişin sol dirsək və diz oynaqlarında yumşaq toxumaların əzilməsi və geniş qançırlar, sağ said nahiyəsində isə sıyrıqlar aşkarlanıb. Bu xəsarətlər də sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri kimi müəyyən olunub.
Hadisədən sonra Samir Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Избранный
19
3
oxu.az

4Источники