ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Karol Navrocki ilə görüşü zamanı pilotsuz təyyarə insidentindən sonra Polşaya əlavə ABŞ hərbçilərinin göndərilməsi ideyasını irəli sürüb.
Editor.az bu barədə Wall Street Journal-a istinadla yazır.
“Tramp bu ayın əvvəlində Vaşinqtona səfəri zamanı Polşanın yeni seçilmiş prezidenti Karol Nawrockini səmimiyyətlə qarşıladı və hətta Polşaya daha çox qoşun göndərmək fikrini irəli sürdü”,-deyə o bildirib.
Nəşr qeyd edib ki, NATO ölkələri iyun ayında hərbi xərcləri iki dəfədən çox artırmağa razılaşıblar.
//Gülnarə Abasova, Editor.az