RU

Bank Respublika və Qara Dəniz Ticarət və İnkişaf Bankı irihəcmli kredit sazişi imzalayıb (FOTO)

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı BankRespublika-ya 25 milyon manat məbləğində kreditayırıb

Bakı, 12 sentyabr 2025-ci il – Azərbaycanınmaliyyə sektorunda mühüm yer tutan və real sektorun inkişafınadavamlı dəstək göstərən aparıcı maliyyə institutlarından biri olanBank Respublika ilə regionun nüfuzlu beynəlxalqmaliyyə qurumlarından olan Qara Dəniz Ticarət və İnkişafBankı (BSTDB) arasında yeni maliyyə sazişiimzalanmışdır.

Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Banka 3 il müddətinə 25milyon manat məbləğində kredit ayıracaq və vəsait milli valyutadatəqdim ediləcək.

Milli valyutada kreditləşmə kiçik və ortasahibkarlığın dəstəklənməsinin ən səmərəli yollarından biridir. Bu,sahibkarlara valyuta risklərinin yükü olmadan davamlı və inamlışəkildə böyüməyə imkan yaradır. Bank Respublika ilə bu əməkdaşlıqyalnız tərəfdaşlığımızda yeni mərhələ deyil, həm də Azərbaycanınqeyri-neft iqtisadiyyatının gücləndirilməsi istiqamətində stratejiaddımdır. Birlikdə biz sahibkarlar üçün daha geniş imkanlaryaradır, innovasiyaları dəstəkləyir və uzunmüddətli iqtisadidayanıqlığa töhfə veririk. BSTDB, ölkə üzrə dayanıqlı inkişaf vərifahı təşviq etməkdə Bank Respublika ilə yanaşı addımlamaqdanqürur duyur.”– deyə BSTDB prezidenti Dr. Serhat Köksalbildirib.

“Bu vəsait “Bank Respublika”nın ölkə iqtisadiyyatında kiçikvə orta sahibkarlığın (KOB) maliyyə imkanlarını genişləndirməkləonların dayanıqlı inkişafına, qeyri-neft sektorunungücləndirilməsi, yeni iş yerlərinin yaradılması və yeni biznestəşəbbüslərinin dəstəklənməsinə xidmət edəcək. “Bank Respublika”nıngeniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanınbütün regionlarında fəaliyyət göstərən sahibkarlarındəstəklənməsinə şərait yaradacaqdır. Biz Qara Dəniz Ticarət vəİnkişaf Bankına əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlbolunan vəsaitlər real sektorun, xüsusilə də kiçik və ortasahibkarlığın kredit dəstəyini gücləndirməyə və bununla da ölkəiqtisadiyyatının inkişafına mühüm töhfəverəcək.” deyə “Bank Respublika”nın İdarəHeyətinin sədri Tariyel İsmayılov bildirib

📌 Daha ətraflı məlumat üçün:
🌐 Veb sayt: www.bankrespublika.az
📱 Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
📞 Çağrı Mərkəzi: 144

Bank
Bank
Bank
Bank
Bank
Bank
Избранный
3
9
az.trend.az

10Источники