RU

AFFA nın Santuşa ödədiyi kompensasiyanın miqdarı BƏLLİ OLDU ÖZƏL

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl AFFA milli komandanın baş məşqçisi Fernandu Santuşu istefaya göndərib. Belə olan halda təbii ki, müqavilə federasiya tərəfindən pozulduğu üçün qurumun portuqaliyalı mütəxəssisə kompensasiya ödəməsi labüd idi. Bəs görəsən AFFA Fernandu Santuşa nə qədər pul ödəyib? Bizim.Media-nın əldə etdiyi məlumata görə, Santuş AFFA-dan 2 milyon avro vəsait tələb edib.

 

Bu pulu ödəmək istəməyən federasiya rəsmiləri danışıqlardan sonra məbləği aşağı salmağı bacarıblar. Yekunda portuqaliyalı mütəxəssislə 1 milyon 400 min avro qarşılığında anlaşma əldə olunub.  

Məhz bundan sonra Santuş yığmadan ayrılmağa qərar verib.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
11
bizim.media

10Источники