Bakı, 12 sentyabr, AZƏRTAC
Dörd ildə 400 məktəbdə 17 300 dərsdinləmə aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib. O bildirib ki, dinlənən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti zəif olub.