RU

Britaniya şahzadəsi Kiyevdədir

Hurriyyet.az xəbər verir ki, Britaniya şahzadəsi Harri Kiyevə səfər edib və Ukraynanın Baş nairi Yuliya Sviridenko ilə görüşüb. Bu barədə "Qardian" nəşri məlumat yayıb.

Şahzadə Harri ilə əsasını qoyduğu "Məğlubedilmələrin oyunları" (Invictus Games) fondunun komandası Ukrayna Silahlı Qüvvələrinin yaralı hərbçilərinin reabilitasiyasının dəstəklənməsi təşəbbüslərini müzakirə etməyi planlaşdırırlar.

Böyük Britaniya kralı III Karlın kiçik oğlu bu ilin aprel ayında Ukraynanın qərbindəki Lvov vilayətinə səfər etmişdi.

Şahzadə Harri ilə amerikalı həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında Britaniya kral ailəsinin yüksək səviyyəli üzvləri rolundan istefa verməyi qərara almışdılar. Onlar səfərlərdə  monarxı rəsmi təmsil etmək, digər mərasim vəzifələrini yerinə yetirmək və "Əlahəzrətlər" titulundan istifadə etmək imkanını itirdilər. Harri ilə həyat yoldaşı ABŞ-a köçüblər, Kaliforniya ştatının Santa Barbara şəhərində yaşayırlar. Arçi adlı oğul və Lilibet Diana adlı qız övladları var.

Hürr Tərcüman

 

Избранный
34
hurriyyet.az

1Источники