Bakı. Trend:
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 20 654 nəfər və ya0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10 245543 nəfərə çatıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri,49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
"Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərinİşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, AzərbaycanRespublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınınişğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I DövlətProqramı”na əsasən 01.09.2025-ci il tarixədək işğaldan azad edilmişərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 18167 nəfərdənibarət 4591 ailənin qayıdışı təmin edilmişdir. AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininməlumatına görə həmin tarixə işğaldan azad edilmiş ərazilərdəbərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqətiyaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 36012 nəfərtəşkil etmişdir. Xankəndi şəhərində yerləşən QarabağUniversitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqlaişğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı55329 nəfər təşkil etmişdir", - deyə məlumatda əlavə edilib.