RU

Braziliyanın eks prezidenti Bolsonaru 27 il həbs cəzasına məhkum edildi

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru 2022-ci ildə dövlət çevrilişinə hazırlaşmaqda təqsirli bilinib və 27 ildən çox müddətə azadlıqdan məhrum edilib.

Qaynarinfo bu barədə CNN-ə istinadla xəbər verir.

Braziliya Ali Məhkəməsinin beş hakimindən dördü bu tarixi iş üzrə Bolsonarunun bütün beş maddə üzrə təqsirli bilinməsi və ona 27 il 3 ay həbs cəzası verilməsi lehinə səs verib.

Bolsonaru dövlət çevrilişinə hazırlaşmaqda, silahlı cinayətkar təşkilatda iştirak etməkdə, Braziliyanın demokratik quruluşunu zorakı yollarla ləğv etməyə cəhddə, dövlət təsisatlarına qarşı zorakı hərəkətlərdə və 2023-cü il yanvarın 8-də tərəfdarlarının hökumət binalarını hücum zamanı dövlət əmlakına zərər vurmaqda təqsirli bilinib.

Prokurorların iddiasına görə, çevriliş planının bir hissəsi partlayıcı maddələrdən, hərbi silahlardan və ya zəhərdən istifadə edərək solçu prezident Luis Inasiu Lula da Silvanı, onun vitse-prezidenti Jeraldo Alkmini və Ali Məhkəmə hakimi Aleksandre de Moraesi öldürmək niyyətini də əhatə edirdi.

70 yaşlı Bolsonaru və digər müttəhimlər özlərini günahsız elan ediblər. Onun vəkilləri hələ də apellyasiya şikayəti verə bilərlər.

Qeyd edək ki, Bolsonaru dövlət çevrilişinə cəhd, demokratiyanın və qanunun aliliyinin zorakı yolla ləğvi, həmçinin cinayətkar təşkilat yaratmaqda ittiham olunur. Braziliya Federal Polisi Ali Məhkəməyə 884 səhifəlik hesabat təqdim edib. Həmin hesabatda Bolsonarunun 2022-ci il seçkilərinin nəticələrini ləğv etmək məqsədilə dövlət çevrilişinə hazırlıqda birbaşa iştirak etdiyini sübut edən materiallar yer alıb.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
qaynarinfo.az

1Источники