RU

Bakı-Sumqayıt qatarı niyə gecikib? - Açıqlama

Bu gün Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarda gecikmə olub.

Bu barədə “Qafqazinfo”ya sərnişinlər müraciət edib.

Sərnişinlər bildiriblər ki, qatarın hərəkətində müşahidə edilən gecikmə elektrik enerjisinin kəsilməsi səbəbindən yaranıb. Hadisə nəticəsində qatarda olan şəxslər 15 dəqiqədən çox gözləməli olublar.

Vətəndaşların iddiasına görə, bir müddət gözlədikdən sonra onlara vaqonu tərk etməli olduqları deyilib.

Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Dəmir Yollarına (ADY) sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bu gün saat 10:10 radələrində Abşeron dairəvi dəmiryol marşrutu üzrə Sumqayıt-Pirşağı sahəsində kontakt şəbəkəsində yaranmış texniki nasazlıq bu istiqamətdə bəzi qatarların hərəkətində gecikmələrə səbəb olub: “Nasazlığın aradan qaldırılması üçün tədbirlər görülür. Sərnişinlərdən yaranan narahatlığa görə anlayışlı olmalarını xahiş edirik”.

"Cebheinfo.az" 

Избранный
9
1
cebheinfo.az

2Источники